AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qubadlının dirçəlişi dövlətimizin quruculuq siyasətinin nəticəsidir

Qubadlı şəhərinin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri uzun illər işğal altında qalmış ərazilərin bərpası və burada normal yaşayış şəraitinin yaradılmasıdır. Müharibənin başa çatması ilə Azərbaycan üçün yeni quruculuq mərhələsi başlanıb. Bu mərhələdə Qubadlı xüsusi diqqət yetirilən ərazilərdən biri kimi inkişaf etdirilir.

Prezident İlham Əliyev azad edilmiş ərazilərə səfərləri zamanı bərpa layihələrinin gedişi ilə tanış olur, yeni obyektlərin təməlini qoyur və infrastrukturun qurulmasını diqqətdə saxlayır. Dövlət başçısının bu səfərləri görülən işlərin planlı şəkildə həyata keçirilməsi və layihələrin ümumi inkişaf strategiyasına uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.

Qubadlıda avtomobil yollarının, elektrik yarımstansiyalarının, inzibati binaların və yaşayış məhəllələrinin yaradılması rayonun gələcək inkişafının əsasını təşkil edir. 2021-ci ildə Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması və enerji infrastrukturu üzrə layihələrin həyata keçirilməsi ərazinin əlçatanlığının və təminat imkanlarının genişləndirilməsinə xidmət edib.

Bərpa prosesinin mühüm istiqamətlərindən biri də sosial infrastrukturun yaradılmasıdır. Məktəblərin tikilməsi, yaşayış evlərinin inşası və kəndlərin yenidən qurulması sakinlərin doğma yurda qayıdışını asanlaşdırır. Qubadlıda yeni yaşayış məkanlarının planlaşdırılması müasir şəhərsalma prinsiplərinə və uzunmüddətli inkişaf ehtiyaclarına uyğun həyata keçirilir.

Qubadlının dirçəlişi Azərbaycan dövlətinin yalnız torpaqlarını azad etməklə kifayətlənmədiyini, həmin ərazilərdə davamlı həyat qurmağa da qadir olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti rayonun iqtisadi və sosial imkanlarını genişləndirir. Bu proses gələcək nəsillər üçün təhlükəsiz, müasir və inkişaf edən Qubadlı formalaşdırmaq məqsədi daşıyır.

Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button