AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qubadlının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi əbədidir

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilib. Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də azad edilməsi bu salnamənin ən əlamətdar səhifələrindən biridir. Həmin qələbənin arxasında Azərbaycan əsgər və zabitlərinin fədakarlığı, şəhidlərimizin canı və qazilərimizin göstərdiyi misilsiz döyüş rəşadəti dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində iştirak edən hərbçilərimiz torpaqlarımızın azadlığı naminə böyük iradə nümayiş etdirdilər. Dövlət başçısının qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar xalqımızın tarixi ədalətə inamını gerçəkləşdirdi. Qubadlı əməliyyatı bu mübarizənin mühüm mərhələlərindən biri oldu.

Qubadlı istiqamətində gedən döyüşlərdə strateji yüksəkliklərin ələ keçirilməsi və yaşayış məntəqələrinin azad edilməsi böyük fədakarlıq tələb edirdi. Yazı düzü yüksəkliyi uğrunda döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun şəhid olması qəhrəmanlığın ağır bədəlini bir daha göstərdi. Onun həyat yolu Azərbaycan hərb tarixində cəsarət və Vətənə sədaqət nümunəsi kimi yaşayır.

Qubadlıdan olan igidlər həm Birinci Qarabağ müharibəsində, həm də 2020-ci il Vətən müharibəsində torpaqlarımızın müdafiəsində mühüm rol oynayıblar. Rayonun sakinləri arasından çıxmış şəhidlər, qazilər və müharibə iştirakçıları doğma yurda bağlılığın canlı nümunələridir. Onların xatirəsinin yaşadılması milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Bu gün azad Qubadlıda aparılan quruculuq işləri şəhidlərimizin arzuladığı gələcəyin yaradılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə insanların doğma yurdlarına qayıtması, təhlükəsiz yaşayış şəraitinin yaradılması və sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər görülür. Qubadlının dirçəlişi qəhrəmanlarımızın xatirəsinə ən böyük ehtiramın ifadəsidir.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button