GündəmSosial

Vətən müharibəsində şəhid olmuş məzunların xatirəsinə ucaldılmış heykəl və büstləri ziyarət edilib

44 günlük Vətən müharibəsinin ildönümü ərəfəsində liseyimizdə şəhid məzunlarımızın əziz xatirəsi ehtiramla yad edildi.
Rəhbərlik, müəllim və
şagirdlər,
Vətən müharibəsində şəhid olmuş məzunların xatirəsinə ucaldılmış heykəl və büstləri ziyarət etdilər, önünə gül dəstələri qoydular.
Şəhidlərimizin müqəddəs xatirəsi bir daha dərin ehtiram və minnətdarlıq hissi ilə yad edildi.
Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq hər zaman gənc nəslə örnək olacaq.
Eyni zamanda siniflərdə Vətən müharibəsinə həsr olunmuş dərslər keçirildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

İltifaq Haciyev adina Tərəqqi texniki humanitar liseyi

Oxşar Xəbərlər

Back to top button