AnalitikaGündəmSiyasət

Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu

Azərbaycan hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafına, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib. Ölkəmiz bu vaxta qədər BMT başda olmaqla olmaqla bütün beynəlxalq platformalara təcavüz və işğaldan əziyyət çəkən tərəf kimi qatılırdısa, artıq son 5 ildə qalib ölkə kimi təmsil olunur. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər, Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri Azərbaycanın nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən yüksək səviyyəli çoxsaylı görüşlər bunun əyani sübutu idi. Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Ölkə başçısının iri investisiya şirkətlərinin, müxtəlif dövlətlərin – Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, AŞ və BMT baş katibi ilə görüşləri Azərbaycana olan marağın göstəricisi idi. Bütün  görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olunurdu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana “Mən Sizinlə həqiqətən fəxr edirəm” söylədi. Bu, Azərbaycan liderinə ehtiramın göstəricisi idi. Azərbaycan etibarlı tərəfdaş statusunu inamla möhkəmləndirib: bu gün o, 14 ölkəni təbii qazla təchiz edir, Xəzər regionunu qlobal bazarlarla əlaqələndirir və marşrutların şaxələndirilməsini təmin edir. Simvolik nümunə onun Suriyaya yardımıdır: 2025-ci ilin avqustunda Azərbaycan Türkiyə üzərindən qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Ölkə eyni vaxtda bərpa olunan enerji mənbələrinə iri miqyaslı investisiyalar cəlb edir, onların payını 2030-cu ilə qədər 40%-ə çatdırmağı planlaşdırır. Eyni zamanda, Azərbaycan nəqliyyat əlaqələrini gücləndirir: Orta Dəhliz üzrə tranzit 2022-ci illə müqayisədə 90% artıb, Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirdi. Digər strateji diqqət rəqəmsal əlaqədir, burada Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilişini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycana regional rəqəmsal mərkəz kimi liderliyini möhkəmləndirməyə imkan verəcək.

 

Prezident ölkənin daxili dayanıqlığından da ətraflı danışıb: yoxsulluq və işsizlik tarixi minimum 5%-ə enib, “Moody’s” və “Fitch” iri reytinq agentlikləri Azərbaycanın aşağı dövlət borcunu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, ölkəmizin reytinqini investisiya səviyyəsinə yüksəldiblər. Ölkənin xarici borcu ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir, valyuta ehtiyatları isə xarici borcumuzdan təxminən 16 dəfə çoxdur. Bu rəqəmlər Azərbaycanın xarici şoklara davamlı iqtisadi modelə malik olduğuna sübutdur. zərbaycanın regionda artan rolunu nümayiş etdirdiyi və enerjidən tutmuş iqlim gündəliyinə qədər qlobal çağırışlara töhfə verdiyi yeni dövrün imza sənədi oldu. Bu, müharibəni və ədalətsizliyi yaşamış, lakin ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş,  işğal nəticəsində xarabaya çevrilmiş kənd və şəhərlərini böyük əzmlə, fədakarlıqla  yenidən dirçəldən, vətəndaşlarını öz tarixi, doğma yurdlarına qaytaran,  öz təcrübəsini ümumbəşəri nümunəyə çevirməyi bacaran bir ölkənin çıxışıdır: “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”. Azərbaycan Prezidenti İlham Əliyevin bu çağırışı təkcə dünya liderlərinə deyil, bütün beynəlxalq ictimaiyyətə mühüm siyasi mesajdır. Qlobal nizamın ciddi sınaqdan keçirildiyi bir vaxtda Azərbaycan rəhbərinin sözləri xüsusi əhəmiyyət kəsb edir.

Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button