AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Heydər Əliyev fenomeni müasir Azərbaycan tarixində nadir dövlətçilik məktəbi formalaşdırdı

“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Xalq böyük səs çoxluğu ilə Ulu Öndərimiz Heydər Əliyevi ölkənin dövlət başçısı seçməklə yalnız bir lideri deyil, həm də dövlət müstəqilliyinin xilaskarını seçdi. Bu tarixi seçim Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas etdi, dövlətçiliyin möhkəm təməlini qoydu. Oktyabrın 10-da and içərək xalqa sədaqətlə xidmət edəcəyinə söz verən Ulu Öndərimiz Heydər Əliyev verdiyi vədləri gerçəkliyə çevirdi. Onun qətiyyətli addımları nəticəsində Azərbaycan hərc-mərclikdən sabitliyə, iqtisadi iflasdan inkişaf yoluna, daxili parçalanmadan milli həmrəyliyə doğru böyük bir dönüş yaşadı. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtaran, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirən Heydər Əliyev həmçinin qlobal enerji və kommunikasiya layihələrinin əsasını qoyaraq müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirdi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Heydər Əliyev fenomeni müasir Azərbaycan tarixində nadir dövlətçilik məktəbi formalaşdırdı. Onun siyasi uzaqgörənliyi və realist düşüncəsi nəticəsində ölkəmiz qısa müddətdə dünya birliyinin nüfuzlu üzvünə çevrildi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqelərini möhkəmləndirdi, 1995-ci ildə qəbul edilmiş Konstitusiya hüquqi dövlətçiliyin, insan hüquqlarının və demokratiyanın əsasını qoydu. Azərbaycançılıq ideologiyası isə dünya azərbaycanlılarını vahid məfkurə ətrafında birləşdirən ümummilli ideyaya çevrildi.

“Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlət müstəqilliyi yalnız qorunmadı, həm də dönməz xarakter aldı. Dövlət təsisatları möhkəmləndirildi, hüquqi islahatlar aparıldı, ordu quruculuğu həyata keçirildi, cinayətkarlığa, korrupsiyaya və terrorizmə qarşı barışmaz mübarizə elan olundu. Nəticədə Azərbaycan kiçik bir postsovet ölkəsindən beynəlxalq nüfuzu olan güclü dövlətə çevrildi. Ulu Öndərimiz Heydər Əliyevin xarici siyasətdə müəyyənləşdirdiyi tarazlı və məqsədyönlü kurs Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. O, ərazi bütövlüyü məsələsini dünya gündəliyinə çıxararaq Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Eyni zamanda Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi enerji layihələri Azərbaycanın regional liderliyini və enerji təhlükəsizliyini təmin etdi”.

Omun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yol bu gün də yaşayır. Onun qoyduğu kurs – müstəqilliyin qorunması, milli maraqların üstün tutulması, güclü dövlət və azərbaycançılıq ideologiyası Azərbaycanın dövlətçilik yolunun dəyişməz bünövrəsi olaraq qalır. Ulu Öndərin dediyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.”

Oxşar Xəbərlər

Back to top button