AnalitikaGündəmSiyasət

Qazaxıstanlı elmi işçi Orta Dəhlizi tarixi məsuliyyət kimi qiymətləndirib

Qazaxıstan Orta Dəhliz layihəsini yalnız tranzit potensialı kimi deyil, həm də Xəzər dənizinin iki sahili və Şərq ilə Qərb arasında etibarlı, davamlı körpülər qurmaq baxımından tarixi məsuliyyət kimi qiymətləndirir. Layihə Qazaxıstan və qardaş üzv dövlətlər üçün beynəlxalq münasibətlərdə strateji cavab rolunu oynayır.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransın “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri” adlı panel müzakirəsində söyləyib.

O bildirib ki, layihə qlobal ticarətin dayanıqlığına mühüm töhfə verən çoxşaxəli təşəbbüsdür və ənənəvi dəniz, quru yollarına etibarlı alternativ təqdim edir. Son illərdə karbon dövriyyəsi altı dəfə artıb, ortamüddətli hədəf illik 10 milyon ton yükləmə gücünə çatmaqdır. Vahid rəqəmsal operator və birgə müəssisələrin yaradılması yüksək səviyyədə əməkdaşlığı göstərir, müştərilərə fasiləsiz və

Oxşar Xəbərlər

Back to top button