AnalitikaDünyaGündəmSiyasət

İnsan kapitalının inkişafı Azərbaycanın strateji hədəflərindən biri kimi

İnsan kapitalı müasir dövlətlərin iqtisadi və sosial inkişafını müəyyən edən əsas resurslardan biridir. Təhsilli, peşəkar və müasir texnologiyalara yiyələnmiş kadrlar ölkənin rəqabət qabiliyyətini artırır, innovativ iqtisadiyyatın formalaşmasına və idarəetmənin təkmilləşdirilməsinə töhfə verir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə insan kapitalının inkişafını uzunmüddətli dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyənləşdirib.

Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşlıq Bəyannaməsində təhsil və bacarıqların inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Sənəddə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, eləcə də dövlət sektorunda təlim istiqamətləri xüsusi qeyd edilir.

Müasir əmək bazarının tələbləri peşəkar biliklərlə yanaşı, rəqəmsal savadlılıq, analitik düşüncə və yeni texnologiyalardan istifadə bacarıqlarını da zəruri edir. Bu baxımdan beynəlxalq təcrübə mübadiləsi və təlim proqramları insan kapitalının keyfiyyətcə inkişafına mühüm töhfə verə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf strategiyasında gənclərin təhsili, peşə hazırlığı və müasir biliklərə yiyələnməsi xüsusi yer tutur. Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq Azərbaycan vətəndaşlarının beynəlxalq təcrübədən faydalanması və əmək bazarında daha geniş imkanlar əldə etməsi üçün perspektivlər yaradır.

İnsan kapitalına yatırılan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Azərbaycan–Böyük Britaniya tərəfdaşlığının təhsil və bacarıqların inkişafı istiqamətində genişlənməsi ölkəmizin innovativ və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq məqsədlərinə xidmət edir.

Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button