AnalitikaGündəmSiyasət

III Beynəlxalq Statistika Forumu öz işini davam etdirir

Bakıda “Statistikanın inkişafı perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən Beynəlxalq Statistika Forumunun 2-ci günü Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan dövlətlərin müvafiq qurumlarının rəhbərləri təqdimat keçirirlər.

Victorytime.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin milli hesabat və makroiqtisadi göstəricilər şöbəsinin müdiri Nuru Süleymanov qeyd edib ki, milli hesabatların təkmilləşdirilməsi üçün 2009-2021-ci illəri əhatə edən tədbirlər proqramı hazırlanıb.

Tədbirlər planına uyğun olaraq maliyyə hesabatları, sahibkarlıq və holdinqlərin fəaliyyəti haqqında hesabatlar, əsas kapitala yönəldilən vəsait barəsində hesabatlar təkmilləşdirilib. Həyata keçirilən tədbirlər zamanı Türkiyə, Almaniya, Bolqarıstan kimi dövlətlərin təcrübəsindən istifadə edilib. Bununla yanaşı mütəxəssislərin iştirakı ilə seminar və konfranslar keçirilərək personalın praktiki iş təcrübəsi də artırılıb.

Sonra Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiyanın statistika qurumlarının rəhbərləri hesabatların hazırlanması haqqında təqdimat keçiriblər. Qeyd olunub ki, müasir dünyada statistik hesabatların dəqiqliyi üçün qarşılıqlı əməkdaşlıq zəruridir. Hər bir dövlətin statistika idarəsi özünün hesablama metodunu paylaşmaqla ümumi təkmilləşməyə nail olmaq mümkündür.

Oxşar Xəbərlər

Back to top button