AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Əbədi Zirvə: 8 Noyabr

8 Noyabr Zəfər Günü Azərbaycanın tarixində əbədi olaraq ən uca zirvədə qalacaqdır. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin bu günün əhəmiyyəti və parlaqlığı heç vaxt solmayacaqdır. O, xalqımızın qürur mənbəyi, azadlıq rəmzi və əbədi bayramı olaraq qalacaqdır.
Bu zirvə çətin yollardan keçərək, alnıaçıq və başıuca şəkildə fəth edilmişdir. Onun hər daşı, hər anı zəhmətlə, qəhrəmanlıqla yoğrulmuşdur. Bu səbəbdən o, hamımız üçün müqəddəsdir.
Hər il bu günü qeyd edərkən həmin zirvənin nə qədər uca və əzəmətli olduğunu bir daha dərk edirik. Başımız dik, qəlbimiz fəxrlə doludur. Bu zəfər bizim əbədi imzamızdır.
Zəfər Günü əbədi zirvəmizdir. Yaşasın müstəqil, qüdrətli və əbədi qalib Azərbaycan!
Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı



