AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Birlik və Həmrəyliyin Ən Uca Zirvəsi

Zəfər Günü xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəyliyin ən uca zirvəsidir. Çətin sınaqlar qarşısında tək yumruq kimi birləşən cəmiyyət bütün dünyaya öz gücünü nümayiş etdirdi. Bu həmrəylik hər cür maneəni dəf etməyə imkan verən qüdrətli bir qaladır.

Fərqli düşüncələrin, müxtəlif baxışların tək bir hədəfə – Vətənin rifahına və azadlığına köklənməsi böyük qələbəni şərtləndirdi. Hər kəs dərk etdi ki, güc birlikdədir və bir olan xalqı heç bir qüvvə məğlub edə bilməz. Bu şüur cəmiyyətimizin əsas dəyərinə çevrildi.

Birlik və həmrəylik təkcə mübarizə dövründə deyil, bu gün də bizim ən böyük sərvətimizdir. Zəfərdən alınan bu dərbi unutmamaq və onu qoruyub saxlamaq hamımızın borcudur. Birlik olan yerdə hər zaman tərəqqi və uğur var.

Zəfər Günü həmin əbədi birliyin və həmrəyliyin təntənəsidir. Bu dəyər bizim ən güclü qalxanımızdır.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button