
Bu gün dünyada gedən müharibələr və hərbi-siyai münaqişələr bəşəriyyəti hələ də təhlükə altında saxlayır. Bundan çıxış yolu isə müharibələrin dayandırılması və dinc danışıqların bərpasıdır. Bəli, məhz belə bir narahatedici kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir.
Belə ki, uzun müddət erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan, tarixi əraziləri, qədim dini-mədən-mənəvi abidələri dağıdılan, ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə çevrilmək olar- təcrübəsini dilə gətirdi: «Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam».
Ali Baş Komandanımızın bu fikirləri səmimi olduğu qədər də əsaslandırılmış idi. Məhz Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən Müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və işğalın sona çatması ilə əlamətdar oldu.
Lakin döyüş meydanındakı qələbə tarixin sonu olmadı. Əksinə, ölkə başçımızın qeyd etdiyi kimi, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi danışıqları prosesinə başlandı və sazişi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli format irəliləyişə imkan verdi.
Kulminasiya nöqtəsi 2025-ci ilin avqustunda Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə sülh sazişini paraflamaları və prezident Əliyev və baş nazir Paşinyan tərəfindən qarant qismində imzalanmış ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə birgə bəyannamə imzalanması ilə çatdı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş və faydasız mexanizm kimi ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciəti oldu və sentyabrın 1-də Minsk Qrupu təşkilatın özü tərəfindən rəsmən ləğv olundu.
Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin BMT-nin 80 sessiyasındakı iştirakı çox işgüzar və məhuldar keçib. Onun ABŞ Prezilenti Donald Trpampla, BMT-nin baş katibi Antonio Quttereşlə və digər dövlətlərin başçıları ilə görüş əhəmiyyətli nəticələrlə yadda qaldı.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi