AnalitikaGündəmSiyasət

Azərbaycan Avropa İttifaqı ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyevin 11 mart 2026-cı il tarixində Bakıda Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə keçirdiyi görüş və verdiyi bəyanat Azərbaycanın xarici siyasətində, xüsusilə Avropa ilə münasibətlərdə yeni bir mərhələnin göstəricisi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat bəyanatı həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından mühüm mesajlarla yadda qaldı. Bu görüş, Azərbaycanın Avropanın enerji və nəqliyyat xəritəsindəki mərkəzi rolunu bir daha təsdiqlədi.

Prezident bəyanatında rəqəmlərə xüsusi diqqət çəkərək bildirdi ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin 50%-i məhz Avropa İttifaqının payına düşüb. Bu, Aİ-nin ölkəmiz üçün ən böyük ticarət tərəfdaşı statusunu qorumasının və iqtisadi inteqrasiyanın dərinləşməsinin bariz nümunəsidir.

Enerji sahəsindəki əməkdaşlıq bəyanatın sütunlarından birini təşkil etdi. Dövlət başçısı vurğuladı ki: “Azərbaycan qazı hazırda 10-u Aİ üzvü olmaqla, ümumilikdə 16 ölkəyə ixrac edilir.Azərbaycan boru kəməri ilə qaz ixracında lider ölkələrdən birinə çevrilib.Yaxın 5-6 il ərzində bərpaolunan enerji sahəsində 6–8 giqavatlıq ixrac potensialının reallaşdırılması hədəflənir.”

Bəyanatın ən diqqətçəkən hissələrindən biri Ermənistanla münasibətlərin cari vəziyyəti ilə bağlı idi. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin paraflanmasından sonra artıq real nəticələr görünməkdədir.

Azərbaycan Prezidenti qeyd etdi ki, Azərbaycan 1991-ci ildən bəri ilk dəfədir ki, 7 aydır davamlı sülh şəraitində yaşayır. Azərbaycan Ermənistana kritik neft məhsullarının tədarükünə başlayıb və tranzit yüklərin keçidi üzərindəki məhdudiyyətləri tamamilə qaldırıb.

Prezident İlham Əliyev dünya nizamındakı dəyişikliklərə toxunaraq qeyd etdi ki, artıq hər bir ölkə üçün “təhlükəsizlik və sabitlik” gündəliyin birinci bəndində olmalıdır. Sabitlik olmadan digər iqtisadi və sosial layihələrin əhəmiyyətsiz qaldığı vurğulandı.

“Biz müharibənin nə olduğunu bilirik. Ona görə də sülhü bəlkə də hər kəsdən daha çox dəyərləndiririk.”

Bu bəyanat göstərir ki, Azərbaycan artıq regionda təkcə hərbi güc deyil, həm də iqtisadi lokomotiv və sülhün əsas təminatçısı kimi çıxış edir. Antonio Koştanın Bakı səfəri Brüssel-Bakı xəttindəki siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə keçdiyini sübut edir.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsi sədrinin birinci müavini

Oxşar Xəbərlər

Back to top button