AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamlı məcburi köçkünlərin doğma yurda qayıdış sevinci

27 il ərzində ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan ağdamlılar bir an belə öz doğma yurdlarını unutmadılar. Onlar hər zaman Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad ediləcəyinə və Ağdama qayıdacaqlarına inanırdılar. 2020-ci il noyabrın 20-də bu böyük arzu reallığa çevrildi.

Bu gün dövlət proqramı çərçivəsində ağdamlı ailələrin mərhələli şəkildə öz dədə-baba yurdlarına köçürülməsi həyata keçirilir. Doğma torpağa ayaq basan insanların sevinci, qüruru və dövlətimizə olan minnətdarlığı Böyük Qayıdışın ən təsirli mənzərəsidir. Hər bir ailə dövlət tərəfindən bütün zəruri şəraitlə təmin olunur.

Sakinlərin geri qayıtması ilə Ağdamın küçələrinə yenidən insan səsi, uşaq gülüşü və həyat nəfəsi qayıdır. Bu qayıdış Azərbaycan xalqının birliyinin və yenilməzliyinin ən böyük təntənəsidir.

Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button