Ağdamda ictimai iaşə və xidmət sektorunun inkişafı

Şəhər həyatının normal axara düşməsi üçün yaşayış evləri və sənaye obyektləri ilə yanaşı, müasir xidmət və ictimai iaşə sektorunun formalaşması vacibdir. Ağdamda bərpa işləri ilə paralel olaraq ticarət mərkəzləri, kafelər, restoranlar, məişət xidməti obyektləri və otellər inşa edilir.
Xidmət sektorunun inkişafı həm şəhər sakinlərinin gündəlik ehtiyaclarının ödənilməsinə, həm də Ağdama səfər edən yerli və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinə imkan verir. Xüsusilə Ağdamın məşhur mətbəx nümunələrinin təqdim olunduğu iaşə obyektləri şəhərə xüsusi rəng qatır.
Xidmət sahəsinin genişlənməsi kiçik sahibkarlığın inkişafını stimullaşdırır və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Bu obyektlər Ağdamın müasir və dinamik bir şəhər kimi formalaşmasında mühüm rol oynayır.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



