AnalitikaGündəmSiyasət

27 sentyabr – Zəfərə aparan yolun başlanğıcı

Azərbaycan tarixinin şərəfli səhifələrindən biri – 27 Sentyabr Vətən müharibəsinin başlandığı gün, həm də qəhrəman şəhidlərimizin Anım Günüdür. Bu gün biz onların ruhu qarşısında baş əyirik.

İllərlə davam edən işğal, Xocalı soyqırımı, yüz minlərlə soydaşımızın didərgin düşməsi xalqımızın səbir kasasını daşırdı. 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatı ilə başlayan döyüşlər 44 gün sonra Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Şuşanın azad olunması bu Qələbənin zirvəsi oldu.

Bu gün ölkəmizdə şəhid ailələri və qazilər dövlətin yüksək diqqəti ilə əhatə olunub, “YAŞAT” Fondu onların yanında dayanır. Zəfər parkı, Memorial Kompleks və yeni təsis olunan orden və medallar qəhrəmanlığımızın əbədi rəmzidir.

27 Sentyabr həm kədərin, həm də qürurun günüdür. Bu gün biz şəhidlərimizi anır, qazilərimizlə fəxr edir, qalib xalq olaraq bir daha bütün dünyaya sübut edirik: Azərbaycan heç vaxt işğalla barışmadı və haqq mübarizəsini Qələbə ilə başa vurdu.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button