AnalitikaGündəmSiyasət

2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

2026-cı il oktyabrın 27-də paytaxtımız Bakıda “Ortaqgələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununtəntənəli açılış mərasimi keçirilib. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev mötəbərtədbirin açılışında iştirak edərək forumun qlobal miqyasdasivilizasiyalararası münasibətlərin, sülhün və qarşılıqlıetimadın möhkəmləndirilməsi üçün ən səmərəliplatformalardan birinə çevrildiyini diqqətə çatdırıb.

​Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanmürəkkəb və qeyri-sabit regionda sabitlik adası kimi çıxışedir. Ölkəmizdə əsrlər boyu formalaşan multikulturalizm, dini və etnik dözümlülük ənənələri cəmiyyətin dayanıqlıinkişafının və ahəngdarlığının təməlini təşkil edir. II Qarabağ müharibəsi dövründə də ölkədəki bütün etnik vədini icmaların bir dəmir yumruq kimi birləşməsi bu milli həmrəyliyin bariz nümunəsidir.

​Prezident İlham Əliyev beynəlxalq münasibətlərsistemindəki mövcud çağırışlara toxunaraq bildirib ki, müstəqil ölkələrə necə yaşamaq, nəyi etmək və yaetməmək barədə dərslər verilməməlidir. Azərbaycanın özmüqəddəratını təyin etmək, sülh və əməkdaşlıq mühitiyaratmaq təcrübəsi dünyada bir çox münaqişələrin aradanqaldırılmasına xidmət edə bilər.

​VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumumüxtəlif ölkələrdən gələn dövlət rəsmilərini, beynəlxalqtəşkilatların nümayəndələrini və ekspertləri bir arayagətirərək bəşəriyyətin ortaq gələcəyi naminə yeni stratejiyanaşmaların formalaşmasına mühüm töhfə verir. Ölkəmizin bu cür mötəbər tədbirə ev sahibliyi etməsiAzərbaycanın qlobal sülh, dialoq və təhlükəsizlikaləmindəki aparıcı rolunu bir daha təsdiqləyir.

 

​Elnarə Şahbətdinli
Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi , İdarəsinin baş məsləhətçisi
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

 

Oxşar Xəbərlər

Back to top button