AnalitikaGündəmSiyasət

Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır

Sentyabrın 26-da Bakıda keçirilən II AzərbaycanBeynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmışdünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantıvə investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirtəşkil olunub. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə iştirak edərək moderatorun suallarınıcavablandırıb və ölkənin iqtisadi inkişafı, investisiyaimkanları, enerji siyasəti və regional bağlantılarla bağlımühüm fikirlər səsləndirib.

 

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, son illərdəhəyata keçirilən iqtisadi siyasət Azərbaycanın gələcəkinkişafı üçün möhkəm təməl yaradıb. Ölkədə sabit iqtisadivə maliyyə sisteminin formalaşması, infrastrukturunyenilənməsi və investisiya mühitinin yaxşılaşdırılmasıAzərbaycanı xarici investorlar üçün etibarlı tərəfdaşaçevirən əsas amillərdəndir.

 

Dövlət başçısının sözlərinə görə, son 20 il ərzindəAzərbaycana 350 milyard ABŞ dollarından çox investisiyacəlb olunub və bunun təxminən yarısı birbaşa xariciinvestisiyaların payına düşür. Bu göstərici ölkəninbeynəlxalq investorlarla əməkdaşlıq baxımındanqazandığı etimadın mühüm göstəricisidir.

 

Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı dövrdəəsas məqsədlərindən birinin uzunmüddətli və dayanıqlıiqtisadi artımı təmin etmək olduğunu bildirib. Bunun üçünneft-qaz sektorundan kənarda mövcud olan potensialdandaha geniş istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Bu baxımdan qeyri-neft sektorunun inkişafı iqtisadisiyasətin əsas istiqamətlərindən biridir. Sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar vədigər sahələrə investisiyaların artırılması iqtisadiyyatındaha da şaxələndirilməsinə imkan yaradır.

 

Prezidentin çıxışında bərpaolunan enerji xüsusi diqqətçəkən istiqamətlərdən biri olub. Dövlət başçısıAzərbaycanın, xüsusilə Xəzər dənizinin ölkəyə aid sektorunda böyük külək enerjisi potensialına malik olduğunu qeyd edib. Qarşıdakı illərdə günəş və küləkenerjisindən istifadənin genişləndirilməsi ölkənin enerjisistemində yeni imkanlar yaradacaq.

 

Azərbaycanın enerji strategiyasında əsas məqsədlərdənbiri elektrik enerjisi istehsalında təbii qazdan istifadənimümkün qədər azaltmaq və qaz ehtiyatlarını ixrac üçündaha geniş şəkildə yönəltməkdir. Bu yanaşma həm enerjisəmərəliliyinə, həm də Azərbaycanın Avropa və digərbazarlarda etibarlı enerji tərəfdaşı kimi mövqeyiningüclənməsinə xidmət edə bilər.

 

Digər mühüm istiqamət nəqliyyat, logistika və regional bağlantılardır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tranzit ölkəyə çevrilmək üçün uzun illərərzində dəmir yollarına, limanlara, hava və avtomobilyollarına böyük investisiyalar yatırıb.

 

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyatdəhlizlərinin üzərində yerləşməsi ölkəyə mühüm stratejiüstünlüklər verir. Bu marşrutlar üzrə yükdaşımalarınartması ölkənin logistika imkanlarını genişləndirməkləyanaşı, yeni investisiya layihələrinin həyata keçirilməsiüçün də əlverişli şərait yaradır.

 

Prezident İlham Əliyev bildirib ki, 2026-cı ildə Azərbaycanərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tonaçatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərindədaşımaların ümumi həcmini 25 milyon tona və dahayüksək səviyyəyə çatdırmaqdır.

 

Bu məqsədlərə nail olmaq üçün Azərbaycan qonşudövlətlərlə əməkdaşlığı genişləndirir və nəqliyyatinfrastrukturunun inkişafını davam etdirir. Rəqəmsallaşma, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və logistikaproseslərinin sadələşdirilməsi də investorlar üçün dahaəlverişli biznes mühitinin formalaşmasına xidmət edir.

 

Prezidentin çıxışında mədənçilik də gələcək iqtisadiinkişafın perspektivli sahələrindən biri kimi qeyd olunub. Bir neçə gün əvvəl qəbul edilmiş dağ-mədən sənayesinininkişafına dair dövlət proqramının bu sahədə yeni fəaliyyətlərə və investisiya imkanlarına təkan verəcəyivurğulanıb.

 

Neft və qaz sektoru isə Azərbaycanın iqtisadiyyatında hələuzun müddət mühüm rolunu qoruyacaq. Dövlət başçısı busahədən əldə edilən gəlirlərin digər iqtisadi istiqamətlərininkişafına investisiya şəklində yönəldilməsinin vacibliyinibildirib.

 

Çıxış zamanı Azərbaycanın maliyyə sabitliyi də investorlarüçün mühüm üstünlük kimi təqdim olunub. Prezident İlham Əliyev ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 20 faizolduğunu, xarici borcun isə ÜDM-in 5,6 faizini təşkiletdiyini qeyd edib. Eyni zamanda Azərbaycanın valyutaehtiyatlarının xarici borcunu dəfələrlə üstələdiyinivurğulayıb.

 

Ölkədə uzunmüddətli siyasi və iqtisadi sabitliyin mövcudolması da investisiya qərarlarına təsir edən əsasamillərdəndir. Azərbaycan rəhbərliyi investorlarlaimzalanmış müqavilələrə sadiqliyin ölkənin etibarlıtərəfdaş kimi mövqeyinin formalaşmasında mühüm roloynadığını xüsusi qeyd edir.

 

Azərbaycanın təhlükəsizlik baxımından əlverişli mövqeyidə xarici kapital üçün əlavə üstünlük yaradır. Stabil ictimai-siyasi mühit, inkişaf etmiş infrastruktur vəproqnozlaşdırılan iqtisadi siyasət uzunmüddətli investisiyalayihələrinin həyata keçirilməsinə imkan verir.

 

Prezident İlham Əliyev investisiya imkanlarındandanışarkən rəqəmsal inkişaf və süni intellekt sahəsinə dəxüsusi diqqət yetirib. Artan elektrik enerjisi potensialındansüni intellekt və data mərkəzlərinin yaradılması üçünistifadə edilməsi Azərbaycanın gələcək iqtisadi inkişafınınmühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

 

Bu sahənin inkişafı enerji və rəqəmsal texnologiyaların bir-birini tamamlamasına şərait yarada bilər. Yeni ötürücüxətlərin tikilməsi və mövcud şəbəkənin genişləndirilməsiisə artan elektrik tələbatının qarşılanması baxımındanvacib addımlardır.

 

Ərzaq təhlükəsizliyi də Prezidentin diqqət yetirdiyiistiqamətlər sırasında olub. İqlim dəyişiklikləri, su qıtlığı vəqlobal təchizat zəncirlərində yarana biləcək problemlərkənd təsərrüfatında daha səmərəli və dayanıqlı istehsalınqurulmasını zəruri edir. Bu sahə də həm yerli, həm dəxarici investorlar üçün potensial imkanlardan biri kimitəqdim olunub.

 

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya ForumuAzərbaycanın yalnız ənənəvi enerji sahələrində deyil, həmdə yeni və perspektivli istiqamətlərdə investisiyaimkanlarını təqdim etdiyini göstərdi. Bərpaolunan enerji, nəqliyyat və logistika, mədənçilik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və digər sahələr ölkənin gələcək iqtisadiinkişafında mühüm rol oynaya bilər.

 

Prezident İlham Əliyevin çıxışının əsas mesajlarından biriAzərbaycanın investorlar üçün sabit, təhlükəsiz və etibarlıtərəfdaş olmasıdır. Ölkənin strateji coğrafi mövqeyi, inkişafetmiş infrastrukturu, enerji resursları, maliyyə imkanları vəuzunmüddətli sabitliyi yeni investisiyaların cəlb edilməsiüçün geniş imkanlar yaradır.

 

Azərbaycan qarşıdakı illərdə mövcud potensialından dahasəmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun gücləndirilməsini və yeni texnologiyaların tətbiqini davam etdirməyi hədəfləyir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə buimkanların beynəlxalq investorlar qarşısında təqdimedilməsi və yeni tərəfdaşlıqların qurulması baxımındanmühüm platforma kimi çıxış edir.

Göyüş Göyüşov,
YAP Nərimanov rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button