
Azərbaycan qədim yurd yeri, azərbaycanlılar isə bu torpaqların əzəli və əbədi sahibidir. Zaman-zaman burda qara yellər əsib, göynədib köksünü bu torpağın. Doğma yerlər uğrunda can verib, qan töküb ərləri-ərənləri bu torpağın. Lakin son 200 ildə köksünə saplanan erməni iyrəncliyindən arına, təmizlənə bilməyən Azərbaycan, nəhayət, Vətən qeyrəti, torpaq sevgisi, milli heysiyyatı ilə hayqırdı: “Bu torpaq bizimdir! Onun uğrunda ölməyə, öldürməyi bacaran oğulların oylağıdır Azərbaycan!”
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.Yalnız güclü iqtisadiyyatı, güclü ordusu olan Azərbaycan erməni terrorizminə, işğalına, erməni vəhşiliklərinə və ən nəhayət, erməni xülyasına son qoya bilərdi. Və bu öz tarixi təsdiqini düz 30 ildən sonra tapdı.
1993-cü ildə güclü iqtisadiyyat güclü dövlət deməkdir, deyən, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət Azərbaycanın müstəqilliyinin təminatı və gələcək böyük uğurların təməli oldu. Ulu Öndər əvvəlcə, atəşkəsə nail oldu. Sonra Azərbaycanda Beynəlxalq layihələrin icrasına imza atıldı. Əsrin kontraktlarını imzalayan uzaqgörən siyasətçi, mahir dövlət başçısı Heydər Əliyevin başlatdığı və əsasını qoyduğu sosial-iqtisadi siyasəti bugün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin bütün istək və arzularını həyata keçirmək əzmi ilə ölkəyə rəhbərlik edir. Sürətlə inkişaf edən iqtisadi gücü, siyasi imici durmadan artan Azərbaycan ilk növbədə öz güclü ordusunu yaratmağa nail olur. Azərbaycanın ordu quruculuğuna ayırdığı vəsait hardasa Ermənistanın bütöv büdcəsinə bərabər idi. Azərbaycan heç bir dövlətdən kömək almadan öz hərbi sənayesini yaratmışdı. Eyni zamanda Azərbaycanda yeni vətənpərvər gənc nəsil yetişməkdə idi. Hər şeyi səbrlə, vaxtında, necə edəcəyini yaxşı bilən Prezidentimiz ölkə vətəndaşlarının ruhuna hakim olmağı da bacardı. Prezident İlham Əliyev bütün çıxışlarında, hətta beynəlxalq mötəbər məclislərdə dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz, gec-tez öz torpaqlarımızı işğaldan təmizləyəcəyik.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində böyük bir dönüş nöqtəsi oldu. Ermənistanın uzun illər davam edən işğalçı siyasətinə son qoymaq üçün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarına başladı. Bu müharibə yalnız hərbi gücün deyil, həm də xalqın birliyinin, vətən sevgisinin, milli iradənin təntənəsi oldu.
Müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu qısa müddətdə mühüm strateji yüksəklikləri, şəhər və kəndləri işğaldan azad etdi. Xüsusilə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad olunması, Şuşa şəhərinin düşməndən təmizlənməsi tarixi qələbənin qazanılmasında həlledici rol oynadı. Şuşanın azad edilməsi Azərbaycan xalqının qürurunu, milli ruhunu daha da yüksəltdi.
8 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Bu gün ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Məhz bundan sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin hər bir iştirakçısı şücaətinə görə dövlətimiz tərəfindən qiymətləndirilib. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adla mükafatlandırılıblar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrı –Vətən müharibəsinin başladığı günü, Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında sərəncam imzalamışdır. Bu da şəhidlərimizə, onların doğmalarına ali ehtiramının bir göstəricisidir.
44 günlük müharibədəki qələbəmiz, Prezident İlham Əliyevin qətiyyəti erməniləri və onların havadarlarını iflasa uğratdı. Bütün təsirlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı, tarixi ədaləti bərpa etdi.
Dəmir yumruq hər an onun başını əzməyə qadirdir. Nə qədər ki, Azərbaycan xalqının birlik əzmi, vətən sevgisi var, nə qədər ki, bu dövlətə İlham Əliyev kimi tədbirli və qətiyyətli bir rəhbər liderlik edir və nə qədər ki, bu ölkədə içi vətən sevgisi ilə çağlayan gənclik yetişir erməni vandalları bir daha torpaqlarımıza kəm baxa bilməyəcəklər. Səbrimizi sınamasınlar. Sonları fəlakət olar!
Günel Əlizadə,
Yeni Azərbaycan partiyası,məsləhətçi