Dünya
Zelenski Baydenlə nə müzakirə etdiyini açıqladı
Kiyevdə səfərdə olan ABŞ Prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenski arasında rəsmi görüş keçirilib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zelenski görüşdə müzakirə olunan əsas mövzunu açıqlayıb.
Onun sözlərinə görə, Kiyevdə Baydenlə Ukraynaya uzaqmənzilli silahların tədarük edilməsi məsələsini müzakirə edib.
Bayden Kiyevdə Ukraynaya 500 milyon dollar həcmində yeni hərbi yardım paketinin ayrılacağını bəyan edib.
Məlumata görə, bu barədə məlumat fevralın 21-i açıqlanacaq. Yeni hərbi yardım pkaetinə osə “HIMARS” sistemləri, sursatlar, tank əleyhinə sistemlər və radarlar daxil olacaq.