
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHBA-nın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər 08 noyabr 2026-cı il tarixində Keşlə Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.




