AnalitikaGündəmSiyasət

Sərhədlərin Keşiyində Duran Azərbaycan Bayrağı

Ölkəmizin ucqar dağ zirvələrində, sərhəd zastavalarında və dəniz sahillərində qürurla dalğalanan üçrəngli bayraq dövlətimizin toxunulmazlığının canlı nişanesidir. Sərhədçilərimiz ən ağır hava şəraitində belə bayrağın bir qarış belə enməsinə imkan verməyərək ayıq-sayıq xidmət edirlər. Onların keşik çəkdiyi hər bir nöqtə Azərbaycanın suverenliyinin qala qapısıdır.

Sərhəddə dalğalanan bayraq hər bir vətəndaşa dinc və təhlükəsiz həyat bəxş edən əsas mənəvi dayaqlardandır. O, düşmənə gözdağı, xalqımıza isə əmin-amanlıq gətirən qüdrət simvoludur. Hərbi qulluqçularımız üçün bayrağın altındakı xidmət şərəf və ləyaqət məsələsidir.

Ucqar sərhəd bölgələrimizdə dalğalanan bayraqlar günəşin şüaları altında parlayaraq bütün ölkəyə güc saçır. O, sərhədlərimizin möhkəmliyini və ordumuzun qüdrətini vizual olaraq təsdiq edir. Hər bir sərhədçi üçün bayraq canından əziz olan Vətən deməkdir.

Azərbaycan bayrağı sərhədlərimizi qoruyan igidlərimizin nəfəsi ilə ucalır. O, ölkəmizin hər bir qarış torpağının etibarlı keşikçisidir. Azərbaycan bayrağı sərhədlərimizin əbədi qarantıdır.

Fariz Hüseyinli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button