Dünya
Rusiyada tənqid olunan generala yeni vəzifə verildi
Ukraynadakı müharibə zamanı uğursuzluqlarına görə tənqid olunan və vəzifəsindən kənarlaşdırılan rusiyalı general-polkovnik Aleksandr Lapin yeni vəzifəyə təyin olunub.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın Ukraynadakı “Mərkəz” qoşun qruplaşmasının keçmiş komandanı A. Lapin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin olunub.
Qeyd edək ki, Lapin 2017-ci ilin noyabrından Mərkəz Hərbi Dairəsinin qoşunların komandanı olub. O, ötən ilin noyabrında vəzifəsindən kənarlaşdırılıb. Lapin Rusiya qoşunlarının Krasnıy Liman ərazisinə nəzarəti itirməsində günahlandırılıb. Belə ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bununla bağlı generalın ünvanına ittihamlar səsləndirib.