Dünya
Rusiya ordusu Soledara nəzarəti ələ keçirdi
Rusiya ordusu Donetsk vilayətinin Soledar şəhərinə nəzarəti ələ keçirib.
Victorytime.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Rusiya ordusu yanvarın 12-si axşam saatlarında şəhərə nəzarəti ələ keçirib.
Qeyd olunur ki, Soledar şəhərinə nəzarətin ələ keçirilməsi Baxmut şəhərində olan ukraynalı hərbçilərin təchizat yollarını kəsməyə imkan yaradır.