
Moskva “Spartak”ının baş məşqçi namizədləri arasında Qurban Qurbanovun da adı qeyd edilib.
Victorytime.az xəbər verir ki, bu barədə “sport den za dnem” məlumat paylaşıb.
Bildirilib ki, 1999–2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib: “Qarabağ”da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib”.
Qeyd edək ki, 2024-cü ildə də “Spartak” Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyib.