
İsveçrə millisinin futbolçusu Qranit Caka Almaniyanın “Bayer” (Leverkuzen) komandasından ayrılmaq üzrədir.
Victorytime.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Belə ki, 32 yaşlı oyunçu həmin ölkənin “Neom” kollektivi ilə şifahi razılığa gəlib.
Əgər klublar arasında anlaşma əldə olunsa, Caka yeni komandasında ilinə 10 milyon avro qazanacaq.
Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Qranit Cakanın vaxtilə İngiltərə “Arsenal”ında birgə oynadığı fransalı hücumçu Aleksandr Lyakazett də “Neom”a transfer olunub.