“Qarabağda İctimai Vəkillik Platforması” layihəsinin icrası uğurla davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda “Qarabağda İctimai Vəkillik Platforması və Multikultural Reinteqrasiya” adlı silsilə tədbirlər baş tutub.
Victorytime.az xəbər verir ki, “Qarabağda İctimai Vəkillik Platforması” layihəsi çərçivəsində baş tutan tədbirlərin keçirilməsində məqsəd Qarabağda birgəyaşayış modeli üçün tolerant cəmiyyət formalaşmasına dəstək olmaq, gənclər arasında humanizmi və bəşəri dəyərləri təbliğ etməkdir. Layihə reinteqrasiya prossesindən sonra Qarabağda yaşayan sakinlərin, xüsusi ilə də gənclərin torelant və multikultural baxışlarının formalaşmasına töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində yaradılan “Qarabağda İctimai Vəkillik Platforması” üzərindən mədəniyyətlərarası dialoq, dini etiqad azadlığı, vətəndaş hüquqları, humanizm və multietnik münasibətlərə dair geniş təbliğat işləri aparılır. Həmçinin Qarabağa qayıdış prossesində iştirak edən və hazırda ali təhsil müəssisələrində təhsil alan gənclərlə görüşlər təşkil edilir. Gənclərlə görüş zamanı dini dözümlülük, tolerantlıq, birgəyaşayış, humanizm, hüquqi və psixoloji baxış və s. mövzularda maarifləndirmə işləri aparılır.
Layihənin növbəti mərhələsində “Qarabağda Multikultural Reinteqrasiya” mövzusunda dəyirmi masalar keçiriləcək və müzakirələr nəticəsində səslənən təklif və tövsiyyələr haqqında sənədlər müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Həmçinin “Qarabağda Multikultural Reinteqrasiya” adlı kitab hazırlanıb və regionlarda kitabın təqdimatı baş tutub.