Qarabağda fəaliyyət göstərən məktəblərin sayı AÇIQLANDI

Qarabağ bölgəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı məlum olub.
Victorytime.az AzEdu.az a istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Mirasa Sahiblik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Nazir müavini bildirib ki, hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Onun sözlərinə görə, bölgəyə yalnız sakinlər deyil, həm də təhsil sistemi geri dönür:
“Qarabağ Universitetində artıq 1 000-dən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə sayəsində torpaqlarımız işğaldan azad olundu və bərpa-quruculuq işlərinə start verildi. Bütün bu proseslər Qayıdış konsepsiyasını aktuallaşdırdı. Biz xalq olaraq keçmişdən nəticə çıxarmalı, tarixdən dərs götürməliyik”.