AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin təşəbbüsləri Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə yeni məzmun qazanaraq regional əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin tarixi, iqtisadi və geostrateji imkanlarını qarşılıqlı maraqların uzlaşdırılması üçün səfərbər edir. Türkmənbaşı şəhərində keçirilən Məşvərət Görüşü də bu siyasətin ardıcıl inkişafının əhəmiyyətli göstəricisidir.

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin coğrafi çərçivədən daha geniş siyasi və iqtisadi məzmun daşıdığını göstərir. Bu iştirak Azərbaycanı regionlararası dialoqun fəal tərəfinə çevirir, ortaq məsələlərin müzakirəsində ölkəmizin rolunu artırır və yeni əməkdaşlıq imkanları yaradır.

Prezident İlham Əliyevin çıxışında iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, enerji əməkdaşlığı və qarşılıqlı investisiyaların təşviqi xüsusi yer tutur. Bu istiqamətlər bir-birini tamamlayaraq regional tərəfdaşlığın dayanıqlı əsaslarını formalaşdırır. Siyasi dialoqun konkret layihələrlə dəstəklənməsi əməkdaşlığın nəticəyönümlü xarakterini gücləndirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə artan ticarət dövriyyəsi və bu ölkələrin kapitalı ilə fəaliyyət göstərən şirkətlərin mövcudluğu münasibətlərin real iqtisadi əsaslara söykəndiyini təsdiqləyir. Birgə investisiya fondlarının potensialından istifadə isə sənaye kooperasiyasını genişləndirmək, yeni istehsal sahələri yaratmaq və xarici bazarlara birgə çıxış imkanlarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Prezident İlham Əliyevin regional siyasəti Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətləri uzunmüddətli strateji əməkdaşlıq müstəvisində inkişaf etdirir. Qarşılıqlı etimad, iqtisadi maraqların uzlaşdırılması və ortaq layihələrin reallaşdırılması bu tərəfdaşlığın gələcək uğurlarını müəyyən edən əsas amillərdir.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button