
Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət görüşləri regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi mühüm platformadır. Prezident İlham Əliyevin Türkmənistana səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dövlət başçısının bu cür ali səviyyəli tədbirlərə fəxri qonaq kimi dəvət olunması ölkəmizin Mərkəzi Asiya regionu üçün nə qədər strateji tərəfdaş olduğunu nümayış etdirir.
Sammit çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə tarixi və iqtisadi bağlarını diqqətə çatdırmışdır. Cənubi Qafqaz və Avropa istiqamətindəki imkanlar təqdim olunmuşdur.
Dövlət başçıları regional təhlükəsizlik və nəqliyyat koridorlarında Azərbaycanın vahid platformadan çıxış etməsinin üstünlüklərini qeyd etmişlər. Prezident İlham Əliyev bu dialoqun inteqrasiyanı dərinləşdirdiyini bildirmişdir.
Nəticədə, Azərbaycanın Mərkəzi Asiya sammitlərində fəal iştirakı ölkəmizin beynəlxalq nüfuzunu artırır. Türkmənistana səfər bu strateji tərəfdaşlığın bariz nümunəsidir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



