Dünya

Paşinyan sülhməramlıları günahlandırdı

“Ermənistan KTMT və MDB-ni tərk etmək niyyətində deyil”.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, ölkə mediasında yanvarın 10-na kimi Laçın dəhlizi ilə bağlı məsələ həllini tapmazsa, Ermənistanın KTMT və MDB-dən çıxmağa hazır olduğu barədə yayılan məlumatlara münasibət bildirərkən bu fikirləri səsləndirib. 

Paşinyan, həmçinin qeyd edib ki, İrəvan Moskva ilə ultimatumla danışmamalıdır: “Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dilində danışmalıyıq. Bu məsələ ilə bağlı deməli olduqlarımızı dəfələrlə demişik və bununla bağlı əlavə edəcəyimiz bir şey yoxdur”.

Bununla belə, Paşinyan bildirib ki, Laçın dəhlizi rusiyalı sülhməramlıların nəzarəti altındadır və onun işini sülhməramlılar təmin etməlidir.

Oxşar Xəbərlər

Back to top button