
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Liverpul” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
“Victorytime.az” xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun İstanbulda keçirilən oyunundan sonra təşkil edilən mətbuat konfransında Okan Buruk deyib:
“Düşünürəm ki, həm oyun, həm də atmosfer çox gözəl idi. İlk növbədə bu qələbənin əsas memarı olan futbolçularıma təşəkkür edirəm. Əvvəldən axıradək diqqətli və konsentrasiyalı oldular. Oyuna daxil olan və ya meydandan çıxan futbolçular arasında heç bir fərq olmadı. Bu qələbə həm bizim, həm də Türkiyə üçün prestij baxımından çox önəmlidir. Türk komandalarının nələr edə biləcəyini göstərdik. Üstəlik, “Liverpul”dan qol buraxmadan oyunu başa vurmaq da çox önəmli idi.”
Okan Buruk zədələnən futbolçusu Viktor Osimhen barədə da danışıb: “Osimhen yorğunluq yaşadı, ayağına qıcolma oldu. Ciddi problem olduğunu düşünmürəm”.