DünyaGündəmSiyasət

Nikol Paşinyan Filip Rikerlə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Victorytime.az “Report”a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Bildirilib ki, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək. Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.

Oxşar Xəbərlər

Back to top button