AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Mənfur düşmən nə qədər çalışsa da, simasını dəyişdirə bilmədiyi- Əzmli və Əzəmətli Şuşa

Bəli 28 il yarım işğal altında olan həsrətə son qoyuldu. Biz Şüşamıza- Xarı bülbülümüzə qovuşduq. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.

Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı demək idi. Şuşanın azad edilməsilə ordumuz Xankəndinin 2-3 kilometrliyinə yaxınlaşdı. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü. Şuşanın azad olunmasının elan edilməsindən sonra Ermənistan məcbur qalaraq üçtərəfli bəyanatın imzalanmasına razılıq verdi.Azərbaycan işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata qədəm qoydu.

Artıq işğaldan azad edilmiş ərazilərin bərpası sürətlə davam edir. Şuşanın bərpası istiqamətində işlərin miqyasının ötən hər gün daha da genişlənməsi şəhərin yeni növrağının başlanmasından xəbər verir. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşa da işğal tarixindən sonra öz sakinlərini qəbul edir. Biz bundan sonra Şuşanı əbədi olaraq qoruyacaq və buraya bir daha mənfur düşmənin ayağının dəyməsinə imkan verməyəcəyik.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldaraq Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevrəcəyik. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaqdır.”!

Abbasova Yeganə,
YAP-ın fəalı.

Oxşar Xəbərlər

Back to top button