Dünya
KİV: Böyük Britaniya Ukraynaya qırıcı təyyarələr göndərməyi planlaşdırmır
Böyük Britaniya hazırda Ukraynaya “Tayfun” qırıcı təyyarələri göndərməyi planlaşdırmır. Hesab edilir ki, belə bir addım münaqişəni daha da gərginləşdirər.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniya hərbi komandanlığı Ukraynaya qırıcı təyyarələrin göndərilməsini qarşıdurmanın miqyasını artıracaq çox riskli addım hesab edir.
Bundan əlavə, London hesab edir ki, ukraynalı pilotların hazırlanması bir neçə il çəkə bilər.