
İtaliyalı məşhur baş məşqçi Luçano Spaletti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“Victorytime.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
“Əl-İttihad” klubunun rəhbərliyi komandanı 66 yaşlı mütəxəssisə tapşırmaq niyyətindədir.
Namizədlər arasında “Barselona”nın sabiq baş məşqçisi Xavi və “Milan”da işləmiş Serjiu Konseysau da var.
Qeyd edək ki, “Əl-İttihad” rəhbərliyi “Əl-Nəsr”ə uduzduqları oyundan (0:2) sonra fransalı mütəxəssis Loran Blanı istefaya göndərib.