İstanbulda son günlər saxta içkidən zəhərlənərək ölənlərin sayı 17-yə çatıb.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ümumilikdə 46 nəfər saxta içkidən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib.
Bununla yanaşı, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Onlardan 8-i artıq həbs edilib.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 12 nəfərin zəhərləndiyi, onlardan dördünün öldüyü bildirilirdi.