Dünya
İranda onlarla məktəbli qız zəhərləndi
İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla məktəbli qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Heftkel Sağlamlıq və Müalicə Mərkəzinin rəhbəri Maziyar Mövlayi açıqlama verib.
Mövlayi bildirib ki, şəhərdəki Hacer Liseyində bəzi şagirdlərin səhhətinin pisləşdiyi xəbərini aldıqdan sonra təcili tibbi yardım qrupları sözügedən məktəbə gedib, bəzi qız şagirdlər isə xəstəxanaya aparılıb.
O, xəstəxanaya yerlşdirilən şagirdlərin vəziyyətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, İranda 3 aydan artıq müddətdə 230 məktəbdə 5 mindən çox qız şagird zəhərlənib.