AnalitikaGündəmSiyasət

İqtisadi əlaqələr və investisiya perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətləryeni inkişaf mərhələsinə qədəm qoyub. 12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevvə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş KrallığınınBaş naziri Endi Börnhem arasında keçirilən görüş zamanıiki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamə imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərindaha yüksək səviyyəyə çatdırılmasını rəsmiləşdirərəkəməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin əsasınıuzun illərdir enerji sahəsindəki əməkdaşlıq təşkil edir.Britaniyanın BP şirkəti Azərbaycanın neft-qaz sektorundamühüm layihələrin həyata keçirilməsində iştirak edib.Lakin müasir dövrdə tərəfdaşlıq yalnız ənənəvi enerjisahəsi ilə məhdudlaşmır. Təmiz enerji, günəş və küləkenerjisi, yaşıl enerji dəhlizləri və karbon emissiyalarınınazaldılması yeni əməkdaşlıq istiqamətləri kimi ön planaçıxır.

2026-cı ilin oktyabr ayında Bakıda keçirilənAzərbaycan-Böyük Britaniya HökumətlərarasıKomissiyasının 8-ci iclasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrindəəməkdaşlıq müzakirə olunub. Görüş çərçivəsində 2026–2027-ci illər üzrə 60-dan çox tədbiri əhatə edən FəaliyyətPlanı qəbul edilib.

Böyük Britaniya Azərbaycanın ən mühüm iqtisaditərəfdaşlarından biridir. İki ölkə arasında qarşılıqlı ticarətəlaqələrinin genişləndirilməsi, qeyri-neft sektorunainvestisiyaların cəlb edilməsi və yeni biznes layihələrininyaradılması əsas prioritetlər sırasındadır.

Bununla yanaşı, Azərbaycanın Orta Dəhliz üzərindəyerləşməsi Böyük Britaniya şirkətləri üçün nəqliyyat vəlogistika sahəsində yeni imkanlar yaradır. Xüsusilə,beynəlxalq yükdaşımaların artırılması və Avropa ilə Asiyaarasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından buəməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Strateji tərəfdaşlığın yeni mərhələsində süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və insankapitalının inkişafı da xüsusi diqqət mərkəzindədir. İki ölkəuniversitetləri və elmi müəssisələri arasında əməkdaşlığıngenişləndirilməsi, birgə təhsil proqramlarının yaradılmasıvə mütəxəssis mübadiləsinin təşviqi gələcək inkişaf üçünmühüm perspektivlər açır.

Onu da qeyd edək ki, Azərbaycan və Böyük Britaniyaarasında Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamənin imzalanması yalnız diplomatik hadisədeyil, həm də gələcək əməkdaşlığın istiqamətini müəyyənedən mühüm siyasi addımdır. Sənəddə müdafiə vətəhlükəsizlik, iqtisadi inkişaf, ticarət, təhsil və innovasiyasahələri əsas əməkdaşlıq istiqamətləri kimimüəyyənləşdirilib. Tərəflər strateji tərəfdaşlığın inkişafınımütəmadi qiymətləndirmək üçün illik görüşlərinkeçirilməsini də nəzərdə tutmuşdur.

Beləliklə, Azərbaycan-Böyük Britaniya münasibətləriənənəvi əməkdaşlıq modelindən daha geniş və çoxşaxəlitərəfdaşlıq modelinə doğru inkişaf edir. Odur ki, qarşılıqlısiyasi etimad, iqtisadi maraqlar və yeni texnologiyalarsahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələringələcəkdə daha da möhkəmlənəcəyinin təminatıdır.

Vilayət İsmayılov,
iqtisad elmləri doktoru, professor

Oxşar Xəbərlər

Back to top button