“Türkiyənin 910 km uzunluğunda sərhədi olan bir ölkədə baş verənlərə göz yumması mümkün deyil”.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində çıxışı zamanı deyib.
Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.
“Heç bir ölkənin çınqıl daşında belə gözümüz yoxdur. Arzumuz budur ki, qonşumuz Suriya 13 ildir həsrətində olduğu sülhü, əmin-amanlığı tapsın. Hatayın rifahını düşündüyümüz kimi, Həma, Homs, Dəməşq, Rakka və Aynularabın da təhlükəsiz olmasını istəyirik”, – dövlət başçısı bildirib.