AnalitikaDünyaGündəmSiyasət

Gələcəyə baxış: Ortaq gələcək naminə həmrəylik və tərəqqi

Prezident cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərin məzmunlu çıxışı gələcəyə baxış və strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm yekun xarakteri daşıdı. Dövlət başçısı çıxışının sonunda bəşəriyyətin qarşısında duran əsas vəzifələrə toxunaraq ortaq gələcək naminə həmrəyliyin və birgə fəaliyyətin vacibliyini bir daha diqqətə çatdırdı: “Bizim hədəfimiz aydındır: qarşılıqlı etimada, hörmətə və əməkdaşlığa əsaslanan ortaq gələcək qurmaq. Azərbaycan bu müqəddəs yolda hər zaman qətiyyətli addımlar atacaq və beynəlxalq tərəfdaşları ilə birlikdə daha təhlükəsiz dünya naminə çalışacaqdır.”

“Ortaq gələcək naminə dialoq” mövzusunun özü daşıdığı fəlsəfi yük baxımından göstərir ki, müasir dünyada ayrı-ayrı dövlətlərin və xalqların təkbaşına uğur qazanması qeyri-mümkündür. Qlobal miqyasda sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün hər bir ölkə öz töhfəsini verməli, qarşılıqlı etimad mühiti gücləndirilməlidir. Azərbaycan bu prosesdə heç vaxt kənarda qalmamış, əksinə, hər zaman qlobal təşəbbüslərin önündə gedərək əməli fəaliyyəti ilə seçilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi qüdrətini artırmaqla yanaşı, intellektual və mədəni potensialını da gücləndirmiş, beynəlxalq aləmdə etibarlı və sözünün sahibi olan tərəfdaş imici qazanmışdır.

Forum iştirakçılarının yekun rəyləri göstərdi ki, Bakıda səslənən fikirlər və irəli sürülən təşəbbüslər qlobal siyasətə ciddi təsir göstərəcək və yeni əməkdaşlıq formatlarının yaranmasına yol açacaqdır. Dövlət başçısı çıxışında gənc nəslin tərbiyəsinə, təhsilə və elmə qoyulan sərmayələrin gələcək sülhün əsası olduğunu xüsusi vurğuladı. Gənclərin fərqli mədəniyyətlərə hörmət ruhunda yetişməsi gələcəkdə dünyada baş verə biləcək münaqişələrin qarşısını alan ən güclü qalrandır. Azərbaycan bu istiqamətdə dövlət səviyyəsində bir çox proqramlar həyata keçirir və xarici ölkələrdən gələn tələbələrə ölkəmizdə təhsil almaq üçün geniş imkanlar yaradır. Prezidentin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasında əsas aktorlardan birinə çevrilmişdir.

Forumun uğurlu keçməsi ölkəmizin beynəlxalq nüfuzunu bir daha artırmaqla yanaşı, Azərbaycanın sülhsevər siyasətinin qlobal miqyasda dəstəkləndiyini nümayiş etdirdi. Dövlət başçısının çıxışında səslənən fikirlər həm də gələcək illərdə həyata keçiriləcək qlobal layihələr üçün bələdçi rolunu oynayacaqdır. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün məqsədlərə nail olacaq, ölkəmizin tərəqqisini və beynəlxalq mövqeyini daha da möhkəmləndirəcəkdir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tariximizə sülh, həmrəylik və mədəniyyətlərin qovuşduğu möhtəşəm tədbir kimi yazıldı. Beləliklə, Prezidentin çıxışı bəşəriyyətə ünvanlanmış sülh və əməkdaşlıq manifesti olaraq bütün dünyada rəğbətlə qarşılandı və Azərbaycanın qlobal missiyasının uğurla davam etdiyini bir daha sübut etdi.

Xəyalə Abbasova,
Nizami rayonu 214 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button