Dünya
Ərdoğan Baxçalı ilə Adıyamana getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər görən Adıyaman şəhərinə yollanıb.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğanı bu səfərdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da müşayiət edir.
Ərdoğan Adıyamanın mərkəz hissəsini və Gölbaşı bölgəsini ziyarət edəcək, zəlzələdən zərər çəkən şəxslərlə görüşəcək.