AnalitikaGündəmSiyasət

Əbədi Dalğalanacaq Üçrəngli Azərbaycan Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin əbədi suverenliyinin, sülhsevər siyasətinin və sarsılmaz birliyinin əbədi simvoludur. Ötən illər ərzində keçirilən bütün sınaqlardan üzüağ çıxan bayrağımız bu gün dünyanın hər yerində qürurla dalğalanmaqdadır. Hər bir azərbaycanlı bu bayrağın altında birləşərək dövlətinin ətrafında sıx dayanmışdır.

Gələcək nəsillər üçün daha güclü, qüdrətli və inkişaf etmiş bir Azərbaycan qurmaq bizim ən ali vəzifəmizdir. Bu müqəddəs yolda üçrəngli bayrağımız bizim ən böyük mənəvi dayaqımız və ilham mənbəyimizdir. Hər bir vətəndaş bayrağını göz bəbəyi kimi qorumalı və onu daha da uca zirvələrə qaldırmalıdır.

Dövlət Bayrağı Günü xalqımızın birliyini, həmrəyliyini və sabaha olan inamını nümayiş etdirən ən əziz bayramlarımızdandır. Bu gün hər bir evdə, küçədə və meydanda dalğalanan bayraqlar qəlblərdə böyük sevinc və iftixar hissi oyadır. Azərbaycan bayrağı hər zaman azad və qürurlu səmalarda dalğalanacaqdır.

Məmməd Əmin Rəsulzadənin dediyi kimi: “Bir dəfə qaldırılmış bayraq bir daha enməz!” Bu müdrik kəlam xalqımızın əzmkar iradəsinin və əbədi azadlığının dəyişməz manifestidir. Azərbaycanın üçrəngli bayrağı əbədi olaraq uca olacaq və xalqımıza yeni zəfərlər qazandıracaqdır.

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button