Dağlıq Relyefdə Böyük Quruculuq və İnfrastruktur

Yüksək dağlıq ərazidə yol, tunel, elektrik xətti və rabitə şəbəkəsi qurmaq mühəndislik baxımından mürəkkəb və məsuliyyətli işdir. Kəlbəcərin sərt iqlimi və sıldırım qayaları tikinti prosesində xüsusi peşəkarlıq tələb edir. Lakin bu çətinliklər bərpa işlərinin sürətini azaltmayıb.
Kəlbəcərin azad edilməsindən dərhal sonra bölgəyə çəkilən yeni avtomobil yolları və tunellər əlçatanlığı əsaslı şəkildə artırdı. Xüsusilə Murovdağ altından keçən tunellər qış aylarında belə təhlükəsiz və fasiləsiz hərəkəti təmin edir. Bu yollar rayonu ölkənin digər bölgələri ilə etibarlı şəkildə əlaqələndirir.
Yol infrastrukturu ilə yanaşı, elektrik yarımstansiyaları, su xətləri və rəqəmsal rabitə şəbəkələri də sıfırdan qurulur. Müasir mühəndislik həlləri gələcək yaşayış məntəqələrinin fasiləsiz təminatına zəmanət verir. Hər bir layihə uzunmüddətli istismar nəzərə alınaraq icra olunur.
Bu genişmiqyaslı infrastruktur işləri Böyük Qayıdış prosesinin əsas təməlini təşkil edir. Yolların və kommunikasiyaların çəkilməsi əhalinin geri dönüşünü və iqtisadi fəaliyyətin bərpasını sürətləndirir. Kəlbəcər müasir standartlara uyğun yenidən inşa olunur.
Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



