Dünya
Çavuşoğlu ATƏT-in Baş katibi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb.
Victorytime.az xəbər verir ki, Çavuşoğlu bununla bağlı tviter hesabında paylaşım edib.
Vyanada baş tutan görüş zamanı bir sıra vacib beynəlxalq məsələlər müzakirə edilib.
Həmçinin, Ukrayna və Cənubi Qafqazda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.