Dünya

“Bizi qorxutmaq istəyirlər…” – Çavuşoğlu

“Əslində məqsəd qorxutmaqdır”.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya polisinin türk jurnalistləri saxlaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Onları saxlayıb, sonra sərbəst buraxıblar. Əslində məqsəd qorxutmaq, hədələməkdir. Çünki həmin jurnalistlər PKK tərəfdarları haqqında maarifləndirici xəbərlər dərc edirlər. Beynəlxalq siyasətin mövcud vəziyyəti və bu ikili standart praktikaları nəzərə alındıqda bizim demokratiyaya və milli iradəyə sadiqliyimiz daha dərin məna kəsb edir”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, mayın 17-si “Sabah” qəzetinin Almaniya təmsilçisi İsmail Erel və “Sabah Avrupa” qəzetinin redaktoru Cemil Albay FETÖ-çü Cevheri Güvenin şikayəti əsasında Almaniya polisi tərəfindən saxlanılıb. Almaniyanın Ankaradakı səfiri Yurgen Şults Frankfurt-Maynda türk jurnalistlərin saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxşar Xəbərlər

Back to top button