Belçikanın Baş naziri Aleksander de Kroo bu gün Kiyevə səfər edib.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Belçikanın baş nazirini salamlayıram. Biz danışıqlara başlayırıq. Əminəm ki, danışıqlar hər iki ölkə üçün çox məzmunlu və faydalı olacaq”, – Zelenski Telegram kanalında belə yazıb və görüşün əvvəlindən videogörüntüləri yayıb.
Şənbə günü səhər saatlarında Polşa və Litvanın baş nazirləri Mateuş Moravetski və İnqrida Şimonite də Kiyevə gələrək ukraynalı həmkarları Denis Şmıqal ilə birgə bəyanat imzalayıblar.