Mədəniyyət

Bakıda ilk dəfə Qvadelup rəqslərindən ibarət konsert keçiriləcək

Sabah “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri və rəqsləri” adlı konsert keçiriləcək.

“Victorytime.az” xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisinin harmoniyası tamaşaçılara təqdim ediləcək.

Tədbirdə Qvadelupun məşhur Lakou Veranda Qrupu çıxış edərək öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edəcək.

Müstəmləkə əsarətində saxladığı xalqların mədəniyyətlərini sistemli şəkildə boğmaq siyasətini davam etdirən Fransa, koloniyaları “fransızlaşdıraraq” yerli xalqların milli kimliklərini zəiflətməyə çalışır.

Bu kontekstdə Bakı şəhərində Qvadelupun mədəni irsi ilə Azərbaycan mədəniyyətinin harmoniyasını birləşdirəcək unikal təşəbbüsün həyata keçirilməsi və mədəni həmrəyliyin gücləndirilməsi müstəmləkəçiliyə qarşı mübarizənin həm də mədəni platformada davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, konsert Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq.

Oxşar Xəbərlər

Back to top button