Analitika

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yerini düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir. Dövlətimizin başçısı cənab İlham Əliyev müsahibəsində Azərbaycanın yaşıl gündəliyi, ölkəmizdə yaradılmış son dərəcə cəlbedici investisiya mühiti və bir çox digər mühüm məqamlar barədə detallı açıqlamalar verib. Qeyd olunub ki, Azərbaycan bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu seqmentdə dünyanın aparıcı şirkətlərindən olan “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkəmizin özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Dünya birliyinin bərpaolunan enerji resurslarına bu qədər həssas yanaşması, önəm verməsi qlobal zərurətdən doğur. Məlum məsələdir ki, bu qədər intensiv istismar nəticəsində planetin malik olduğu karbohidrogen resursları əvvəl-axır tükənəcək – bir ölkədə tez, digərindən gec. Ancaq dünyanın, bütün ölkələrin bu prespektivə hazır olması lazımdır. COP-29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri nin birlik və həmrəylik yaratmaq olduğunu deyən Prezident İlham Əliyev yekun olaraq deyib: “Azərbaycan COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.Bəşəriyyətin qarşısında duran iki qlobal problemdən biri müharibələrin qarşısını almaq, dünyada sülh yaratmaqdırsa, digəri tükənməyən enerji resursları tapmaq, inkişaf etdirmək, onlardan milyardlarla insanın faydasına istifadə etməkdir. Ölkə başçısı bildirdi ki, ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button