Analitika

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsirlik tarixi və mədəni əlaqələr bağlayır

SPECA- Zirvə  görüşünün  Bakıda  keçirilməsinin Azərbaycan ilə Mərkəzi  Asiya  ölkələri  arasında  əməkdaşlığın  hərtərəfli  və  dinamik   surətdə  inkişafının  bariz  nümunəsi olduğunu deyən  Prezident   İlham   Əliyev  son  illər   ərzində   Azərbaycan  ilə  region  ölkələri   arasında   siyasi, iqtisadi, nəqliyyat  və  digər  sahələrdə  əməkdaşlığın  genişlənməsini  məmnunluqla  qeyd  edib. Dövlət  başçısı  vurğulayıb  ki, SPECA-nın   üzvü  olan  dövlətlər  sıx  əməkdaşlıq  nəticəsində  uğurlu  regional  model  təqdim  edirlər.

Bu  il  BMT-nin  Mərkəzi  Asiya  Ölkələrinin  İqtisadiyyatları  üçün  Xüsusi  Proqramının ( SPECA ) 25-ci  ildönümüdür. Hazırda  Azərbaycan  SPECA-ya  sədrlik  edir. İyirmi  beş  il  ərzində  ölkələrimiz  arasında  hərtərəfli  əlaqələr  uğurla  inkişaf  edib, ancaq  SPECA-ya  üzv  dövlətlərin  Zirvə  görüşü  ilk  dəfə  keçirilir.  Bu  gün  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan  və  Özbəkistan  bir  sıra  çoxtərəfli  formatlarda  uğurla  əməkdaşlıq  edir.  Zirvə  görüşündə  Gürcüstanın  və  Macarıstanın  Baş  nazirləri, Körfəz  Əməkdaşlıq  Şurasının  Baş  katibi  fəxri  qonaqlar  qismində  iştirak  edirlər. Bu  tərkibdə  keçirilən  Zirvə  görüşü  daha  geniş  iqtisadi  əməkdaşlıq  formatına  yol açacaq  SPECA  yarananda  üzv  ölkələr  dövlət  müstəqilliyinin  ilk  addımlarını  atırdılar.

Biz  dövlət  suverenliyimizi  möhkəmləndirmiş, beynəlxalq  aləmin  dəyərli  üzvlərinə  çevrilmiş  və  iqtisadi  cəhətdən  sürətlə  inkişaf  etmişik.  Ölkələrimizi   birləşdirən  daha  bir  amil  var, o da  siyasi  sabitlikdir.  Sabitlik  olmadan   heç  bir  iqtisadi  inkişafdan  söhbət  gedə  bilməz.  Bu  gün  dünyanın  müxtəlif  bölgələrində   müharibələr,  münaqişələr,  qanlı  toqquşmalar  geniş  vüsət  alıb. Bizim  ölkələrimizdə  isə  sülh, sabitlik, əmin- amanlıq  hökm  sürür,  inkişaf, quruculuq  prosesləri  uğurla  gedir. Bu  dövlətlərimizin  və  xalqlarımızın  böyük  nailiyyəti və uğurudur.

Azərbaycanı  Mərkəzi  Asiya  ölkələri  ilə  çoxəsirlik  tarixi  və  mədəni  əlaqələr  bağlayır. Azərbaycan  və  Mərkəzi  Asiya  strateji  əhəmiyyəti  artmaqda  olan  vahid  tarixi- mədəni   və  geosiyasi  məkandır.  Azərbaycanın  güclü  iqtisadiyyatı   müstəqil  xarici  siyasət   kursu  həyata  keçirməyə  imkan  yaradır.  Son  illərdə  Azərbaycan  özünün  nəqliyyat infrastrukturuna  milyardlarla   ABŞ  dolları  həcmində  sərmayə  qoyub,  Avrasiyanın  Şərq- Qərb  və  Şimal- Cənub  nəqliyyat   dəhlizləri   üzərində  yerləşən  nəqliyyat və logistika mərkəzlərindən birinə  çevrilib.

Nəsirova  Ofelya,
KBTRL-nin  tarix  müəlliməsi

Oxşar Xəbərlər

Back to top button