Dünya

Azərbaycandan ən çox səs Ərdoğana gedib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində verdikləri səslərin nəticələri açıqlanıb.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkəmizdə səs verən türkiyəli seçicilərin çoxu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Məlumata görə, Azərbaycandakı seçicilərin 49,42%-i (3263 səs) Ərdoğana səs verib. Bununla yanaşı, seçicilərin 41,92 faizi (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna, 6,42 faizi (424 səs) isə “ATA” ittifaqının namizədi Sinan Oğana səs verib.

Namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Muharrem İnce isə səslərin 2,24 faizini (148 səs) toplayıb.

Oxşar Xəbərlər

Back to top button